Bəşər belə böhran görməmişdi

Bəşər belə böhran görməmişdi
04:41 19 İyun 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda dünyamız ən ağır qaçqın problemi ilə üzləşməkdədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar Komitəsinin illik hesabatında deyilir.

Hesabatda bildirilir ki, geridə qoyduğumuz ildə dünyanın müxtəlif qaynar nöqtələrində yaşanan müharibə, münaqişə və təqiblər ucbatından 60 milyondan çox günahsız insan öz ev-eşiyindən didərgin düşüb. Bu, bəşər tarixində görülməmiş bir göstərici kimi qiymətləndirlir.

2010-cu ilin göstəricilərinə baxdıqda isə bu sayın hazırkı rəqəmlərlə müqayisədə 4 dəfə az olduğu məlum olub.

Qeyd edək ki, son beş il ərzində 15 münaqişə qeydə alınıb; onlardan 8-i Afrikada, digərləri isə Suriya, İraq və Yəməndə, eləcə də Ukraynada baş verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR