Şadlıq evlərinin normativləri dəyişdirilidi (VİDEO)

Şadlıq evlərinin normativləri dəyişdirilidi (VİDEO)
05:56 19 İyun 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmrilə şadlıq sarayları ilə bağlı dövlət standartına dəyişiklik edilib. Dəyişikliyin tətbiq vaxtı 1 sentyabr 2015-ci il tarixdən olacaq.

Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq məhsullarında insan sağlamlığına təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır.

Dəyişikliklər əsasən yeməklərin hazırlanması və saxlanması ilə bağlıdır. İsti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır, soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir. Salatlar isə 6 saatdan çox saxlanılmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir.

Tətbiq edilən digər dəyişikliyə əsasən ictimai iaşə müəssisələrində kulinariya məhsulları hazırlanarkən baytarlıq möhürü və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və yumurtasından, konservlərdən, meyvələrdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan və s. istifadə etmək qadağandır.

“Şadlıq sarayları ilə bağlı arşdırmalar aparılıb. Bunun nəticəsində məlum olub ki, bəzi şadlıq saraylarında gigiyenik qaydalara əməl edilmir. Eləcə də personal tibbi müayinədən keçirilmir. Eyni zamanda aşpazların səlahiyyətlərini təsdiq edən səndləri yoxdur. Personalı bir yerdə yemək yeyir, siqarət çəkir və.s. Bundan başqa personalın qızdırmalı və zökam halda insanlara qulluq etdiyinə şahdi olmuşuq”, – deyə SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Yeni qaydalara əsasən ətin saxlandığı soyuducu örtüklü rəflərlə təmin olunmalıdır. Ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.

Digər bir dəyişiklik isə mətbəxdə qabların yuyulması və yerləşdirilməsi ilə bağlıdır.

Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi yerlərdə, təmiz boşqablar isə bağlı şkaflarda saxlanmalıdır. Onların açıq vəziyyətdə saxlanmasına icazə verilmir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=351770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR