Ağsuda cari mövsümdə 100 min tondan çox taxıl istehsalı gözlənilir

Ağsuda cari mövsümdə 100 min tondan çox taxıl istehsalı gözlənilir
06:08 19 İyun 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 19 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası müvəffəqiyyətlə davam edir. Artıq əkin sahələrinin 60 faizinin məhsulu yığılıb və zəmilərdən hələlik 68 min ton məhsul götürülüb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə ki, bölgədə bu il üçün 131 min hektardan çox sahədə taxıl yetişdirilib. Hələlik hər hektardan orta məhsuldarlıq 34 sentnerdir. Bir çox ərazi vahidlərində, o cümlədən Padarqışlaqda, Ərəbmehdibəydə, Xəlillidə və digər yerlərdə məhsuldarlıq 35-36 sentnerdir. 800 hektar taxıl sahəsi olan “Süsən aqro” MMC-də isə hər hektardan 55-60 sentner məhsul götürülür.
Mütəxəssislər cari mövsümdə rayonda 100 min tondan çox taxıl istehsal olunacağını söyləyirlər. Rayon tarixində 100 min ton həddinə cəmi bir dəfə 2012-ci ildə nail olunub.
Hazırda sahələrdə 100-dən çox kombayndan istifadə edilir. Bütün qüvvələr mühüm strateji məhsul olan, “sarı kəhrəba” adlandırılan taxılın optimal müddətdə və itkisiz yığılmasına səfərbər edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsuda_cari_movsumde_100_min_tondan_chox_taxil_istehsali_gozlenilir-865149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR