Demokratiya institutlarının fəaliyyəti AŞPA-da müzakirə olunacaq

Demokratiya institutlarının fəaliyyəti AŞPA-da müzakirə olunacaq
05:56 19 İyun 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Milli Məclis mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir.

Tədbirdə AŞPA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində AŞPA Bürosunun və qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf, Qeyri-diskriminasiya və bərabərlik, Demokratiya və siyasi məsələlər, İnsan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.

Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Səfər zamanı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva, eyni zamanda, AŞPA-nın Partiya Komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Səfər iyunun 28-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR