x
Loading...
.

Həkimi Dəmirəlin canını necə tapşırmağından danışdı FOTO

Həkimi Dəmirəlin canını necə tapşırmağından danışdı FOTO
06:46 19 İyun 2015
133 Digər
Ölkə mətbuatı
A- A+
.

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatından sonra Ankara şəhəri Çankaya rayonu Güniz küçəsindəki evində təziyə ziyarətləri davam edir. ANS PRESS-in məlumatına görə, Dəmirəl ailəsinə başsağlığı verən ziyarətçilər burda açılan təziyə dəftərinə də ürək sözlərini yazırlar. Başsağlığını qəbul edənlər arasında məruhm Dəmirəlin xüsusi həkimi Aylin Cəsur da var. Aylin Cəsur jurnalistlərin xahişi ilə mərhum prezidentin vəfat anından danışıb.

“Bəyəfrəndi olmadan yaşamaq çox çətindir. Ömrümün axırına qədər də belə olacaq. Həmişə onunla məsləhətləşirdim. Hazırda hər şeyi onunla məsləhətləşməməyin ağırlığını yaşayıram. Çox darıxdım. Son gecəsində belə çox yaxşı idi. Bizimlə birlikdə şam etdi. Çox yaşı idi, söhbət etdik, Türkiyə gündəmindən danışdıq. Amma təqdir belə imiş. Yuxuda idi, bağlı olduğu cihazların bəzi parametrlərinin bir anda düşdüyünü gördük. Reanimasiya həkimi yanımızda idi. Amma Allahın təqdiri, müdaxilə edə bilmirsən.” – deyə Aylin Cəsur bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=351799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR