Tərtərdə heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib

Tərtərdə heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib
08:18 19 İyun 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 19 iyun, AZƏRTAC
Tərtər rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.
İlin əvvəlindən rayonda fəaliyyət göstərən 5 süni mayalanma texniki tərəfindən 559 baş inək və düyə süni yolla mayalandırılıb, 314 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Qara-ala”, “Şvis” və “Lebedim” cinsindən olan buğaların toxumları istifadə edilir.
Görülən tədbirlər nəticəsində Tərtər rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_heyvanlar_arasinda_aparilan_suni_mayalama_tedbirleri_genislendirilib-865151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR