Turistlərin bölgələrə səfərləri də nəzərdə tutulur (VİDEO)

Turistlərin bölgələrə səfərləri də nəzərdə tutulur (VİDEO)
08:21 19 İyun 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən birinci Avropa Oyunları ilə əlaqədar olaraq ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur.

Bu barədə ANS TV-yə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Hələlik turistlər əsasən Bakı və Abşeron yarımadasında yerləşən turizm obyekətləri və tarixi abidləri ziyarət etməyə üstünlük verirlər.

Amma turistlərin bölgələrə sərəf edəcəkləri də istisna olunmur. Bu səbəbdən bölgələrdəki tarixi mədəni abidələrə turist səfərlərini təşkil etmək üçün Mədəniyyət və Turim Nazirliyini xüsusi tədbirlər planı hazırlayıb.

“Hazırda turslər Bakı şəhər və ətrafı, Abşeron yarımadasında yerləşən tarixi abidələrin, eləcə də Qobustan turlarına üstünlük verirlər. Nəzrə alsaq ki, hələ yarışların ilk günləridir. Avropa Oyunlarının sonuna doğru turistlər bölgənin digər regionlarına da səfər etmək niyyətində ola bilərlər. Məhz turizim şirkətləri ən yaxşı səviyyədə turistlərə öz xidmətlərini təqdim etməyə tam hazırdılar”, – deyə mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov bildirib.

Turistlərə bölgələrdə olan tarixi yerlərlə tanış etmək üçün yuzlələ məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə audiobələdçilər verilib.

Mütəxəssislər hesab edir ki, birinci Avropa Oyunları ölkədə turizm sektorunun inkişafında mühüm rol oynayacaq.

“Azərbaycan yalnız Bakı şəhərindən ibarət deyil. Məqsədimiz bu oyunlar ərəfəsində və sonra Azərbaycanın turizim və mədəni potensiyalının maksimum səviyyədə sərgiləməkdən ibarətdir. Hazırda şikət Şamaxı-İsmayıllı, Quba-Xaçmaz, eləcə də Cənub istiqaməti daxil olmaqla bir günlük turis səfərləri təşkili nəzərdə tutulub”, - deyə turizm şirkətinin prezidenti Ruslan Quliyev vurğulayıb.

Qeyd edək ki, birinci Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunması üçün əlverişli imkan yaradacaq.

Bu da turizm sektorunda Azərbaycanın maddi-mədəni irsinin təqdimatı və təbliğatında mühüm rol oynayacaq və bu sahənin inkişafına ciddi təkan verəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=351764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR