Rusiyalı güləşçi Aleksandr Boqomoyev: Azərbaycanda Avropa Oyunlarına hazırlıq üçün böyük işlər görülüb

Rusiyalı güləşçi Aleksandr Boqomoyev: Azərbaycanda Avropa Oyunlarına hazırlıq üçün böyük işlər görülüb
08:28 19 İyun 2015
73 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında qızıl medal qazanan rusiyalı güləşçi Aleksandr Boqomoyev AZƏRTAC-a müsahibəsində qələbəyə gedən yolda çətin görüşlər keçirdiyini deyib. A.Boqomoyev qitənin güclü idmançıları ilə mübarizə aparmağın onun üçün şərəfli olduğunu vurğulayıb. O, Azərbaycan güləşçisi Hacı Əliyevin xüsusilə güclü rəqib olduğunu bildirib. Rusiyalı atlet tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında qızıl medal qazanmağın onun üçün qürurverici olduğunu bildirib.
Bakıda qazandığı uğurun onda unudulmaz təəssüratlar yaratdığını deyən rusiyalı güləşçi vurğulayıb ki, Avropa Oyunları yüksək səviyyədə keçirilir. Bu da onu göstərir ki, Azərbaycan Oyunlara hazırlıq üçün böyük işlər görüb. İdmançıların rahatlığı, üçün hər cür şərait var, onların təhlükəsizliyi tam təmin olunur. Biz bir daha gördük ki, Azərbaycanda idmanı sevirlər. Bunu azarkeşlərin yarışlar zamanı atletləri dəstəkləmələrindən tutmuş ölkədə mükəmməl infrastrukturun, xüsusilə möhtəşəm idman arenalarının yaradılmasına qədər hər şey sübut edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyali_guleschi_Aleksandr_Boqomoyev_Azerbaycanda_Avropa_Oyunlarina_hazirliq_uchun_boyuk_isler_gorulub-865152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR