Bakı-2015 Avropa Oyunlarında yarışların 8-ci günü başladı

Bakı-2015 Avropa Oyunlarında yarışların 8-ci günü başladı
09:03 19 İyun 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 8-ci günü başlayıb.

Trend-in məlumatına görə, bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, suya tullanma, akrobatika, aerobika, batut gimnastikası, bədii gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 8-ci günü çərçivəsində 11 dəst medal oyanılacaq: 2-si suya tullanma, 2-si akrobatika gimnastikası, 1-i bədii gimnastika, 2-si atıcılıq, 2-si stolüstü tennis, 2-si isə taekvondoda.

Azərbaycan idmançıları stolüstü tennis və su polosundan başqa, gün ərzində bütün yarışlarda qüvvələrini sınayacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR