Ozunden 30 yas boyuk kisini olduren mektebli MEHKEME QARSINDA

Ozunden 30 yas boyuk kisini olduren mektebli MEHKEME QARSINDA
12:49 21 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gun Baki Agir Cinayetler Mehkemesinde qesden adam oldurmekde teqsirli bilinen Xizi rayon sakini, 1999-cu il tevelludlu Elnur Heybetovun cinayet isi uzre mehkeme prosesine start verilib. Lent.az-in melumatina gore, hakim Ramella Allahverdiyevanin sedrliyi ile kecirilen prosesde teqsirlendirilen sexsin anket melumatlari deqiqlesdirilib. Mehkeme prosesine baxis yanvarin 22-e teyin edilib.


Qeyd edek ki, hadise 2014-cu il oktyabrin 14-de Xizi rayonun Xelec kendinde qeyde alinib. 1969-cu il tevelludlu Xasmemmed Resulovun bicaqla qetle yetirilmis meyiti evinde tapilib. Xizi rayon Polis Sobesi emekdaslarinin heyata kecirdikleri emeliyyat-axtaris tedbirleri neticesinde hadiseni munaqise zemininde toretmis kend sakini Elnur Heybetov tutulub.8-ci sinif sagirdi olan Elnur Heybetov hemkendlisi Xasmemmed Resulovun evine gelib. Bu zaman mektebli ile Xasmemmed arasinda sexsi munasibetler zemininde mubahise yaranib.


Mubahise zamani heyetde olan stolun ustunden bicagi goturen Elnur Heybetov ozunden 30 yas boyuk olan kisiye coxsayli zerbeler vurub. Istintaqa ifade veren Elnur Heybetov toretdiyi cinayeti etiraf edib. O, ozunden 30 yas boyuk kisini soyus ustunde oldurduyunun bildirib. Oldurulen Xasmemmed Resulov Efqanistan doyuslerinde istirak edib. Elnur Heybetov Cinayet Mecellesinin 120.1-ci (qesden adam oldurme) maddesi ile ittiham edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR