"Bakı-2015": Taekvondoçularımız daha 2 medal arzudunda - YENİLƏNİR

"Bakı-2015": Taekvondoçularımız daha 2 medal arzudunda -   YENİLƏNİR
09:17 19 İyun 2015
99 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq. Fanat.az xəbər verir ki, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
 
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunacaq və idmançılarımız taekvondo yarışlarında qazandığımız medalların sayını artırmağa çalışacaq.
 
Taekvondo
Kişilər
+80 kq
Yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azaddı. Dünya çempionumuz 1/4 finalda Jeron Vanruij (Hollandiya) - Ali Sarı (Türkiyə) cütünün qalibini gözləyir.
 
Qadınlar
+67 kq
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkəcək. Görüş saat 10:15-də başlayacaq.
 
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-taekvondocularmz-daha-2-medal-arzudunda-t41726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR