Nazir yerin 560 metr altında iftar etdi FOTO

Nazir yerin 560 metr altında iftar etdi FOTO
09:26 19 İyun 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ramazanın ilk günü ənənəvi olaraq orucunu 560 metr dərinlikdə olan kömür şaxtasında açıb. ANS PRESS-in məlumatına görə, bu məqsədlə Zonquldak vilayəti Kozlu kömür şaxtasına gedən Yıldız artıq 7-ci ildir orucu şaxtaçılarla bərabər açdığnı, bunun bir ramazan ənənəsi halına gəldiyini deyib. Jurnalistlərə açıqlama verən nazir şaxtaçıların qazanclarının özünün qazancından daha halal olduğunu deyib. Əvvəlki illərdə mədənlərdə baş vermiş qəzalardan danışan Taner Yıldız artıq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, bir daha bu cür hadisələrin baş verməyəcəyinə ümid etdiyini deyib. Nazir sonda şaxtaçı geyimi ilə Qara dənizin altında olan 560 metr dərinlikdəki şaxtaya enərək burda fəhlələrlə birlikdə iftar edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR