"Bakı-2015": 5 boksçumuz 1/4 finala doğru YENİLƏNİR

"Bakı-2015": 5 boksçumuz 1/4 finala doğru  YENİLƏNİR
09:32 19 İyun 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Fanat.az xəbər verir ki, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək.
 
Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxaraq, 1/4 finala vəsiqə qazanmağa çalışacaq.


  
Boks
Kişilər

56 kq
Yığmamızın üzvü Tayfur Əliyev bu çəkidə 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) Nikolae Andreiana olacaq. Ötən il Avropa çempionatının gümüş medalını qazanan həmyerlimiz rumıniyalı boksçu ilə döyüşə saat 15:00-da çıxacaq.
 
81 kq
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov mübarizəni 1/8 finaldan davam etdirəcək. Əvvəlki mərhələdə Böyük Britaniya təmsilçisi Coşua Buatsini üstələyən həmyerlimiz bu dəfə polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüş saat 21:15-də olacaq.
 
+91 kq
Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov da 1/8 finaldan mübarizəyə başlayacaq. Komandamızın kapitanı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edən Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkəcək. Görüş saat 21:45-də başlayacaq.

Qadınlar
51 kq
Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxacaq. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşəcək. Görüş 13:30-da start götürəcək.
 
75 kq
Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşinaya qalib gəlməyə çalışacaq. Perspektivli boksçumuz rinqə saat 19:00-da çıxacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-5-bokscumuz-14-finala-doru-t41727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR