Azərbaycanda yeni televiziya yaradılacaq

Azərbaycanda yeni televiziya yaradılacaq
12:51 21 Yanvar 2015
160 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni televiziya yaradılacaq.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ında öz əksini tapıb.

Belə ki, uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi, cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədilə onlayn “Təhsil” televiziyası yaradılacaq. Televiziyanın 2015-2016-cı illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçirəcək.

Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunların hazırlanması da nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR