Kilsəni gülləbaran edən tutuldu - VİDEO - FOTO

Kilsəni gülləbaran edən tutuldu - VİDEO - FOTO
09:37 19 İyun 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Cənubi Karolina ştatındakı Çarlton şəhərində yerləşən Afrikan Metodist "Emmanuel" Yepiskopal Kilsəsində (Emmanuel AME) qanlı gülləbaranın baiskarı tutulub.

Milli.Az CNBS-ə istinadən bildirir ki, gülləbaranda kilsənin keşişi, ABŞ Senatının üzvü Klement Pinkni də həlak olmuşdu.

Çarlston şəhərinin meri Cozef Raflinin dediyinə görə, 9 nəfərin həlak olduğu atışmanı törədən 21 yaşlı şəxs həbs ounub.

Az sonra bu xəbəri Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli də təsdiqləyib.

Həmin şəxs 21 yaşlı Dilan Ruufdur.

O, Şelbi şəhərindəki evində yaxalananda istehza ilə gülümsəyirdi.

Şahidlərin dediklərinə görə, kilsədə ibadət zamanı içəri daxil olan Dilan Ruuf: "Siz cinayətlər törədir, qadınlarımızı zorlayır, uşaqlarımızı döyür, yaramazlıqlar edirsiniz. Siz cəzalanmalısınız", - deyib. Bundan sonra o, atəş açmağa başlayıb.

ABŞ prezidenti Barak Obama kilsədəki atışmada həlak olanların ailələrinə başsağlığı verib, senator K.Pinkninin anım mərasiminə qatılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото


















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR