Mobil qurğuların 34 faizi barmaq izi skaneri ilə təchiz ediləcək

Mobil qurğuların 34 faizi  barmaq izi skaneri ilə təchiz ediləcək
09:41 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

Zaman keçdikcə biometrik sensorlar qurğu sahibinin identifikasiyası üçün müasir smartfon və planşetlərdə daha çox tətbiq olunur. Yaxın illərdə səsin, sifətin, gözün qüzehi qişasının təsvirinin tanınması kimi texnologiyaların tətbiqinin artımı gözlənilir. “Tractica” analitik şirkətinin proqnozuna görə, barmaq izinin skaneri ilə bağlı texnologiyalar daha geniş yayılacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ilədək daktiloskopik ötürücülərlə təchiz edilmiş mobil qurğuların tədarükü 1 milyardı ötəcək. Təxmin edilir ki, 2021-ci ilədək planşet və smartfon bazarına tədarük edilən mobil qurğuların 34 faizi  belə daxili sensorlarla təchiz ediləcək. Dünyanın bəzi regionlarında bu texnologiyanın nüfuzetmə səviyyəsi daha yüksək olacaq. Məsələn, barmaq izi skanerlərinin tətbiqinə görə liderlik edəcək Şimali Amerikada bütün mobil qurğuların 50 faizdən çox hissəsi belə ötürücülərlə təchiz ediləcək.

"Hazırda daktiloskopik ötürücülərdən istifadə ssenariləri istifadəçinin qurğuya giriş və onun köməyi ilə alış-veriş etməsi kimi standart autentifikasiya ilə məhdudlaşır. Ancaq bu texnologiyanın geniş yayılması ilə bank və maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün əlavə ssenarilər" – “Tractica” şirkətinin aparıcı analitiki Bob Lokxart şərh verib.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-37386-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR