Avrodan növbəti bahalaşma

Avrodan növbəti bahalaşma
09:46 19 İyun 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1900 manatdan 1.1911 AZN-ə qədər yüksəlib.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, 1 dollar hazırda 1,0474 AZN təşkil edir.

Rusiya rublunun kursunda isə bahalaşma müşahidə olunub. 1 rubl 0,0195-dən 0,0196 manata qədər yüksəlib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=351808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR