Qətldə təqsirləndirilən məktəblinin məhkəməsi başlayıb

12:52 21 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:50 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 22-nə təyin edilib.

 

Qeyd edək ki, 8-ci sinif şagirdi olan E. Heybətov tanışı Xasməmməd Rəsulovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçan E. Heybətov polis əməkdaşları tərəfindən tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR