Bu gün medalları sıralaya bilərik

Bu gün medalları sıralaya bilərik
09:11 19 İyun 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, bu gün azərbaycanlı idmançılar bir sıra idman növlərində çıxış edəcəklər.

Qadınlar döyüşə qoşulur
Boks, Saat 13:15-dən

Bu dəfə boks yarışında Azərbaycanlı kişilərlə yanaşı, qadınlar da da gücünü nümayiş etdirəcək. 20 yaşlı Anaxanım Ağayeva qadınlar arasında yüngülvari çəki (48-51 kq) dərəcəsində 1/8 finalda Polşadan olan Sandra Drabiklə görüşəcək. Leyla Cavadova isə orta çəki dərəcəsində 1/8 final mərhələsində Rusiyadan olan rəqibi Yaroslava Yakuşina ilə gücünü sınayacaq.

Kişi boksçulardan 1/8 finala çıxan idmançılar – Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov rəqibləri ilə qarşılacaqlar. Tayfur Əliyev yüngülçəkili (56kq) boks qrupunda yerli ümidləri daşıyır. O, Nikola Andreina (ROU) ilə mübarizə aparacaq. O, aprel ayında Kristal Zalda Avropa Oyunlarına sınaq yarışı kimi keçirilən Böyük İpək Yolu Elit turnirində qızıl medal qələbəsini təkrar etmək istəyir.

Sərrast atəş
Saat 09:00-dan

Qadınlar arasında 25 metrdən tapança ilə atış yarışının təsnifat mərhələsində İradə Aşumova iştirak edəcək. Bakı 2015-in ən yaşlı oyunçusu və ən təcrübəli atıcısı olan İradə Aşumova yarışmanın sərrast atəş hissəsində çıxış edəcək.

Ağırçəkili gözlənti
Taekvondo, Saat 09:15-dən

2015-ci il dünya çempionu və reytinqli idmançı Radik İsayev Azərbaycan üçün taekvondo üzrə digər qızıl medalı qazanmaq ümidini daşıyır. O, 80 kq ağır çəki dərəcəsində mübarizə aparacaq. İsayev saat 09:15-də Kristal Zal 3-də keçiriləcək ilkin raundda yarışa başlayacaq.

İyunun 19-da gimnastikanın bir neçə növü üzrə yarışlar keçiriləcək. Onların hər birində müəyyən raundlarda azərbaycanlı idmançıların çıxışı nəzərdə tutulub.

Bədii gimnastika,
Saat10:00-dan

Azərbaycan idmançıları bütün növ təsnifat yarışlarına qatılacaqlar.

Akrobatika gimnastikası,
Saat 10:00-dan

Qadınlar arasında çoxnövçülük üzrə final seçimi olacaq. Saat 10:00-da başlanacaq yarışa qatılan 11 komandadan biri də Azərbaycandır. Ölkəni 3 gimnast – Lalə Hüsyenova, Aynur Hüseynova və Nərmin Ramazanova təmsil edəcək.

Təsnifat mərhələsi zamanı hər iki hərəkətlər üzrə altıncı olan azərbaycanlı duet Ulyana Dyakova və Anatoliy Leonov akrobatika gimnastikası üzrə qarışıq cütlərin çoxnövçülük finalında qızıl medala sahib olmağa çalışacaqlar.

Aerobika gimnastikasında Azərbaycan qrup üzrə təsnifat yarışlarında 5 nəfərlik idmançı heyəti ilə çıxış edəcək. Yarışda Azərbaycanın iştirak vaxtı saat 19:15-ə planlaşdırılır.

Batut gimnastikası,
Saat 19:00

Bu idman növü üzrə qadınlar və kişilər arasında sinxron hərəkətlər üzrə təsnifat yarışları keçiriləcək. Bu yarışlarda Azərbaycandan İlya Qrişunin və Oleq Piunov, qadınlardan isə Svetlana Makştarova və Sabina Zaytseva bacarıqlarını nümaiyş etdirəcəklər.

Kamandan oxatma,
Saat 12:00-dan

Qadınlar arasında 1/32 seçmə mərhələsində Azərbaycanı üç idmançı – Nurlana Vəliyeva, Yaylagül Ramazanova, Olqar Senyuk təmsil edəcək. N.Vəliyeva Rusiyadan Kristina Timofeyeva, Yaylagül Gürcüstandan Xatuna Nərimanidze, Olqa Senyuk isə Rumıniyadan Simona Bancila ilə görüşəcək.

100 faiz rekord
Voleybol, saat 20:00

Azərbaycanın Belçika ilə saat 20:00 qarşılaşması böyük coşğu ilə qarşılanacaq. Ümid edirik ki, məğlubedilməz olacağıq. Turnirin əsas hesabaçanı Polina Rəhimova (AZE) topladığı 82 xala digər xallar əlavə etməyi qarşısına məqsəd qoyub.

Çimərlik voleybolu,
Saat 12:00-dan

Çimərlik futbolunda A qrupunda Azərbaycan komandasının üzvləri - B.Romano və L.Gritsail İtaliyadan cülüklə qarşılaşacaqlar. H qrupundakı yarışlarda isə ölkəni N.Santos və İ.Rudıx təmsil edəcək. Onlar İsveçrədən olan idmançılarla yarışacaqlar.

Hərəkətə keçmə
Suya tullanma, saat 10:00-dan etibarən

Ləqəbi Bola olan holland Olqa Bikovskaya Bakı Su İdmanı Mərkəzində keçiriləcək qadınlar arasında 1 metrlik tramplin üzrə ilkin raundda mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR