Wifo: Qarşılıqlı sanksiyalar Avropa İttifaqına 100 mlrd. avroya başa gələcək

10:12 19 İyun 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 10:10 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Neftin ucuzlaşması fonunda Avropa İttifaqı (Aİ) ilə Rusiyanın qarşılıqlı tətbiq etdiyi sanksiyalar köhnə qitə iqtisadiyyatının 100 mlrd. avro itirməsinə səbəb olacaq.

 

"APA-Economics"in "Die Welt"ə istinadən verdiyi məlumata görə, bu barədə Avstriya iqtisadi araşdırmalar institutunun (Wifo) analitiklərinin hazırladığı hesabatda deyilir.

 

Hesabat müəllifləri qeyd edir ki, bu itki yalnız Avropa ixracatının yeni mənbələrə yönəldilməsi nəticəsində kompensasiya oluna bilər. Lakin hələlik  bu, ancaq kənd təsərrüfatı sahəsində əldə edilib.

 

Ekspertlərin hesablamalarına görə, sanksiyalar Almaniya iqtisadi artım tempinin 1% zəifləməsinə səbəb olacaq. Digər ölkələr isə daha çox ziyan çəkəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR