x
Loading...

Birinci Avropa Oyunlarında mübarizə aparacaq çimərlik futbolçularımız ilə görüş keçirilib

Birinci Avropa Oyunlarında mübarizə aparacaq çimərlik futbolçularımız ilə görüş keçirilib
09:13 19 İyun 2015
158 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 19 iyun, AZƏRTAC
İyunun 18-də AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov çimərik futbolu üzrə Azərbaycan milli komandası ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, baş katib “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb. Qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidir.
Milli komandanın baş məşqçisi Jose Miguel Mateus və kapitan Emin Kürdov çıxış edərək, mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildirib və yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və vitse-prezident Fərid Axundov görüşdə iştirak ediblər.
Xatırladaq ki, millimiz “Bakı-2015” birinci Avropa Oyunlarında “A” qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarinda_mubarize_aparacaq_chimerlik_futbolchularimiz_ile_gorus_kechirilib-865156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR