Medal ümidlərimiz tatamiyə çıxır

Medal ümidlərimiz tatamiyə çıxır
10:21 19 İyun 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Kişilər arasında taekvondo üzrə +80kq çəkidə yarışlar keçirilir.

ANS PRESS-in məlumatına görə, hazrda Kristal Zalda baş tutan yarışlarda ilkin raund döyüşləri davam edir. Azərbaycanı bu çəki dərəcəsində Radik İsayev təmsil edəcək. Radik 1/4 final mərhələsində Niderlanddan olan idmançı Jeroen Vanroijlə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş saat 15:15-də baş tutacaq.

Qadınlar arasında +67kq çəkidə isə Azərbaycanı Marina Tadeyeva təmsil edəcək. Taekvondoçumuz Ukraynadan olan idmançı Marina Konieva ilə döyüşəcək. Marina ilkin raundda qələbə qazanacağı təqdirdə adını 1/4 finala yazdıracaq.

Qeyd edək ki, birinci Avropa Oyunlarında keçirilən yarışlarda Azərbaycan ümumilikdə 12 qızıl, 5 gümüş, 12 bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR