Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

10:22 19 İyun 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 10:18 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyunun 24-də  saat 10:00-da Qazax şəhərindəki Şahmat Mərkəzində (Bakı küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-ü saat 10:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR