Özcan Deniz müsəlmanları özündən çıxardı - FOTO

Özcan Deniz müsəlmanları özündən çıxardı - FOTO
10:27 19 İyun 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur müğənni Özcan Deniz müsəlmanlara xoş olmayan sözlər işlədib.

Anspress-in məlumatına görə, Azərbaycanda da pərəstişkarı çox olan sevilən müğənni Özcan Deniz "Instagram" hesabında ramazan ayı ilə bağlı qalmaqala səbəb olan post yazıb.

Səhifəsində pidə şəkli paylaşan müğənninin bu sözləri isə bəzi istifadəçilərin xoşuna gəlməyib: "Yenə böyük süfrələr açılacaq, yenə obaşdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək. Otellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsəbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiətilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası - yenə "oruc tutmağın" bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək".

Məşhur müğənninin sosial şəbəkədə yazdığı bu post internet isitifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR