ADİU-da startap layihələrin təqdimatı keçirilib

ADİU-da startap layihələrin təqdimatı keçirilib
10:39 19 İyun 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

İqtisad Universitetinə yeni startap layihələr cəlb olunur.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb. Tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyələrini verib.

 

Sonra Startapçı olmaq istəyən gənclərin maliyyə təlimləri və xidmət sektorunu əhatə edən yeni layihələrinin təqdimatını keçirilib.

 

Universitet rektoru Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıları dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.

 









Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR