Bıçaqla silahlanmış fələstinli Təl-Əvivdə avtobus sərnişinlərinə hücum edib

Bıçaqla silahlanmış fələstinli Təl-Əvivdə avtobus sərnişinlərinə hücum edib
12:53 21 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Təl-Əvivdə sərnişin avtobusuna hücum edən şəxsin İordan çayının qərb sahilində Tulkarm şəhərində yaşayan 23 yaşlı fələstinli olduğu məlum olub. Bu barədə İsrail polisinin nümayəndəsi Mikki Rozenfeld məlumat verib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail polisi hücum edən şəxsin öldürüldüyü barədə bir qədər əvvəl yayılmış məlumatı təkzib edib və onun həbs olunduğunu bildirib.
Mikki Rozenfeld hadisədən sonra qaçmağa çalışan gəncin yaralandığını və hazırda polis tərəfindən dindirildiyini deyib.
Bundan başqa polis nümayəndəsi hadisə zamanı beş nəfərin ağır, dörd nəfərin isə yüngül yaralandığını, həmçinin təkrar hücumların qarşısını almaq məqsədi ilə ərazinin mühafizəsinin gücləndirildiyini də qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR