Ermənistanı tənəzzül dalğası bürüyüb

Ermənistanı tənəzzül dalğası bürüyüb
10:46 19 İyun 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan artıq xarici sərmayədarlar üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb."

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzetiyazıb.

Bu ölkədəki ağır iqtisadi vəziyyətdən bəhs edən qəzet bildirir ki, Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Bundan əvvəl “Moody’s” agentliyi Ermənistanın reytinqini aşağı salmışdı. Ermənistanda iqtisadi inkişaf sürətinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da buraya əlavə edilsə, aydın olur ki, bu ölkə xarici sərmayədarlar üçün tam maraqsızdır.

Ümumiyyətlə, bu il xaricdən Ermənistana gələn pul transfertləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəcmli yardım alacağına heç bir ümidi də yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR