Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə fərdi təsnifat yarışları başlayıb. Fərdi yarışlarda həlqə, top, gürz və lent ilə hərəkətlər təqdim olunur.
Xalçaya ilk olaraq Viktoriya Veynberq Filanovski (İsrail) topla çıxdı. Sonra Kseniya Moustafayeva (Fransa) gürzlə, Mariya Mateva (Bolqarıstan) lentlə, Marqarita Mamun (Rusiya) halqa ilə fərdi çıxışlar edtilər.
Yarışlar davam edir.