ADİU-ya yeni startap layihələr cəlb olunur - FOTOSESSİYA

ADİU-ya yeni startap layihələr cəlb olunur - FOTOSESSİYA
11:02 19 İyun 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 10:57 ]


Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb.

 

Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyələrini veriblər.

 

Sonra ADİU və digər universitet tələbələri yeni layihələrinin təqdimatını keçirib. Təqdim olunan layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.

 

Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıları dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR