"Bakı-2015": Olqa Bikovskayanın 2-ci imtahanı - YENİLƏNİR

"Bakı-2015": Olqa Bikovskayanın 2-ci imtahanı -   YENİLƏNİR
11:07 19 İyun 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında suyatullanma yarışlarına 2 dəst medalın sahibi müəyyənləşəcək. Fanat.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində kişilər 3 metrlik sinxron tramplinlərdə, qadınlar isə 1 metrlik tramplində güclülərin adına aydınlıq gətirəcək.
 
Günə qadınların mübarizəsi ilə start veriləcək. Saat 10:00-da başlayacaq təsnifat mərhələsində 29 idmançı qüvvəsini sınayacaq.
 
Azərbaycanı bu yarışda Olqa Bıkovskaya təmsil edəcək. O, saat 20:25-də başlayacaq final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Platforma yarışlarında finala yüksəlib, 11-ci olan idmançımız daha yaxşı nəticə göstərməyə çalışacaq.
 
Qeyd edək ki, kişilərin sinxron tramplinlərdə ki yarışında ölkəmiz təmsil olunmayacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-olqa-bikovskayann-2-ci-imtahan-t41735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR