İsveçdə dünyada ilk dəfə gender bərabərliyinə əsaslanan hökumət yaratmağa hazırlaşırlar

11:08 19 İyun 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+


Stokholm, 19 iyun, AZƏRTAC
İsveçdə dünyada ilk dəfə gender bərabərliyinə əsaslanan hökumət yaratmaq barədə planlar bəyan edilib. Artıq 2016-cı ilə qədər ölkədəki bütün iri şirkətlərin idarə heyətlərində vəzifələrin 40 faizini qadınlar tutmalıdır. Əks halda hökumət kommersiya firmalarının işə əməkdaşlar qəbul edərkən riayət etməli olacağı xüsusi kvotalar tətbiq olunacağını vəd edir.
Hökumətin bu istiqamətdə fəaliyyəti çərçivəsində nəzərdə tutulur ki, dövlət müəssisələri təşəbbüskarlıq nümayiş etdirməli və özəl sektora nümunə göstərməlidir.
Bu dəyişikliklər akademik sahədən də yan keçməyəcək. Məsələn 2016-2019-cu illərdə İsveçin universitet və akademiyalarında professor-müəllim heyəti sıralarında gender bərabərliyi təmin edilməlidir.
Bundan əlavə, İsveç hökuməti kişilərin və qadınların əməkhaqqında mövcud fərqləri azaltmağa yönəlmiş bir sıra tədbirlər görəcək. Məsələn, İsveçdə yeni doğulmuş körpələrə qulluq edilməsi üçün atalara üç aylıq məzuniyyət verilməsi təklif olunur. Əvvəlcə bu məzuniyyətin müddəti iki ay idi.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechde_dunyada_ilk_defe_gender_beraberliyine_esaslanan_hokumet_yaratmaga_hazirlasirlar-865176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR