İmişlidə ov zamanı faciə baş verib, ölən var

12:57 21 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:55 ]

Bakı. Hafiz Heydərov - APA. Bakı sakini özünü güllələyib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR