x
Loading...
.

Saymon Kleq: “Tamaşaçı iştirakından mәmnunam”

10:12 19 İyun 2015
25 İdman
Ölkə mətbuatı
A- A+
.

[ 19 İyun 2015 11:08 ]

Bakı. Mәlahәt Nәcәfova - APA. “İyunun 18-də Avropa Oyunları çərçivəsində 14 mәkanda yarışlar keçirilib”.

APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, 18 iyundakı yarışları 30 min tamaşaçı izləyib: “Dünәn gülәş üzrә son yarışlar keçirilib. Bu gün şәhәrin mәrkәzindә bәzi yollar bağalanacaq. Velosipedçilәr yollarla tanış olacaqlar. Sabah qadınlar arasında velosiped yarışları başlayacaq. Bu gün 12 idman növü üzrә yarışlar olacaq”.

 

S. Kleq yarışlara biletlәrin tapılmaması, lakin stadionlarda boş yerlәrin qalması mәsәlәsinә də aydınlıq gәtirib. Onun sözlәrinә görә, bәzi insanlar bilet almaq istәyir, ancaq ala bilmir: “Televiziyaya baxanda görürlәr ki, boş yerlәr var. Mövcud biletlәri tәkrar sata bilmәrik. Açıq hava yarışlarında insanlar çox qalmırlar. Hәmin yerlәr üçün tәkrar bilet satmaq imkanı yoxdur.  Bәzәn bilet alırlar vә gәlmirlәr. Bәzәn qısamüddәtli qatılırlar. Kimsә bilet almaq istәyir, amma mümkün olmur. Tәssüf ki, biletlәr satılmış olur”.
 

S. Kleq Avropa Oyunlarının birinci hәftәsinin gözlәnildiyi kimi keçdiyini söyləyib: “Bu, son 30 ayda aparılan planlaşdırmanın  nәticәsidir. Bәzәn gündәlik xırda çәtinliklәr olur. Lakin bunlar böyük vә әhәmiyyәtli deyil. Ev sahibi olan ölkәnin nümayәndәlәrinin yarışlarda yüksәk nәticәlәri ab-havaya müsbәt tәsir edir. Tamaşaçı iştirakından mәmnunam. Bu, Azәrbaycan üçün yeni bazardır. Bilet alınması hәlә indi onlara aşılanır. Futboldan başqa digәr idman növləri üçün də bilet alma mәdәniyyәti tәdricәn inkişaf edir”.

 

S. Kleq qed edib ki, bilet satışından әldә olunan gәlir oyunların tәşkilindә әsas komponent deyil: “Bazar tәzәdir. Biletlәr ucuzdur. Bәlkә dә insanları cәlb edәn әsas sәbәb budur”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR