Macarıstanlı gimnast: Azərbaycanın yaxşı gimnastları var

Macarıstanlı gimnast: Azərbaycanın yaxşı gimnastları var
11:13 19 İyun 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir, idmanda bir yenilikdir və mən Macarstan komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm". Bunu Trend-ə Macarıstandan olan gimnast Dorina Bokzoqo deyib.

D.Bokzoqo Azərbaycanın bu Oyunları çox yüksək səviyyədə təşkil etdiyini bildirib: "Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb. Gimnnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası isə çox əladır, genişdir, özünü çox rahat hiss edirsən, mühit gözəldir, azarkeşlər səni dəstəkləyir və çox həvəslənirsən".

Macarıstan idmançısı Azərbaycanın da yaxşı gimnastlarının olduğunu bildirib.

Azərbaycana ilk dəfə gəldiyini deyən D.Bokzoqo ölkəmizi, Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Hələki vaxtımız az olduğundan Bakıda gəzintiyə çıxa bilməmişik, çünki qarşıda bizi final yarışları gözləyir. Amma yarışlardan sonra mütləq Bakıda gəzməyə çıxacağıq. Bu mənim birinci səfərimdir. Açığını desəm, Bakıya gələndə təəccübləndim. Mən Macarıstanda televiziya kanallarında Bakı haqqında, bu şəhərin gözəl olması haqqında eşitmişdim. Bütün bunları gəlib gözlərimlə gördüm və çox bəyəndim".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR