Macarıstanlı idmançı: "Azərbaycanın yaxşı gimnastları var"

Macarıstanlı idmançı: "Azərbaycanın yaxşı gimnastları var"
11:22 19 İyun 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir, idmanda bir yenilikdir və mən Macarıstan komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm".

Bunu Trend-ə Macarıstandan olan gimnast Dorina Bokzoqo deyib.

D.Bokzoqo Azərbaycanın bu Oyunları çox yüksək səviyyədə təşkil etdiyini bildirib: "Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb. Gimnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası isə çox əladır, genişdir, özünü çox rahat hiss edirsən, mühit gözəldir, azarkeşlər səni dəstəkləyirlər və çox həvəslənirsən".

Macarıstan idmançısı Azərbaycanın da yaxşı gimnastlarının olduğunu bildirib.

Azərbaycana ilk dəfə gəldiyini deyən D.Bokzoqo ölkəmizi, Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Hələ ki vaxtımız az olduğundan Bakıda gəzintiyə çıxa bilməmişik, çünki qarşıda bizi final yarışları gözləyir. Amma yarışlardan sonra mütləq Bakıda gəzməyə çıxacağıq. Bu mənim birinci səfərimdir. Açığını desəm, Bakıya gələndə təəccübləndim. Mən Macarıstanda televiziya kanallarında Bakı haqqında, bu şəhərin gözəl olması haqqında eşitmişdim. Bütün bunları gəlib gözlərimlə gördüm və çox bəyəndim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR