Narkotik qaçaqmalçılığında şübhəli bilinən “Toyota”-nın top-meneceri həbs edilib

Narkotik qaçaqmalçılığında şübhəli bilinən “Toyota”-nın top-meneceri həbs edilib
11:28 19 İyun 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Narkotik qaçaqmalçılığında şübhəli bilinən “Toyota” avtomobil şirkətinin top-meneceri Culi Hemp Tokio prokurorluğa çağırılıb.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, iyunun 11-də Tokionun “Narita” aeroportunda C.Hempin adına göndərilmiş bağlamada 57 ədəd oksikodon həbi aşkarlanıb. Güclü ağrıkəsici olan oskikodon preparatının tərkibində narkotik maddələr var.

Yaponiyada istifadəsi qadağan edilən bu dərmandan tez-tez onkoloji xəstələrin ağrılarını azaltmaq üçün istifadə edilir.

Şübhəli şəxs bildirib ki, preparatın Yaponiyada narkotik vasitələr kateqoriyasına düşəcəyini bilmirmiş. Ancaq məlum olub ki, “zinət əşyası” kimi göndərilən bağlamada preparat oyuncaq bijuteriya ilə birgə qutunun dibində gizlədilibmiş.

Yaponiya hüquq-mühafizə orqanları bağlamanı göndərənin kimliyini müəyyənləşdirirlər.

Xatırladaq ki, bağlama ABŞ-ın Kaliforniya ştatından göndərilib.

Həmçinin C.Hempin narkotik maddə qəbul etdiyini müəyyənləşdirmək üçün onun sidiyindən analiz götürüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2408211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR