İlk beş ayda Naxçıvanda 838 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub

İlk beş ayda Naxçıvanda 838 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub
11:33 19 İyun 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası bu ilin beş ayında da sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edib, bunun nəticəsində ümumi daxili məhsul istehsalı artıb. Cari ilin yanvar-may aylarında muxtar respublikada 838 milyon 241 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,9 faiz artaraq 1902,5 manata çatıb.
Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 393 milyon 990 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələyib.
Yeni istehsal və xidmət sahələrinin yaradılması, infrastrukturun yenilənməsi istiqamətində cari ilin yanvar-may ayları ərzində muxtar respublikada əsas kapitala 422 milyon 872 min manat həcmində investisiya yönəldilib. Bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 365 milyon 96 min manatı və ya 86,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_bes_ayda_Naxchivanda_838_milyon_manatdan_chox_umumi_daxili_mehsul_istehsal_olunub-865183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR