Avtobusa bıçaqlı hücum, 16 yaralı (FOTO)

Avtobusa bıçaqlı hücum, 16 yaralı (FOTO)
13:01 21 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

İsraildə avtobusda bıçaqlı hücum olub.

ANS PRESS-in məlumatına görə, bu gün İsrailin paytaxtı Təl-Əvivdə gənc adam 40 nömrəli avtobusda insanlara bıçaqla hücum edib. Nəticədə 16 nəfər yaralanıb. Onlardan 6-sınını vəziyyəti ağır olduğu bildirilir.

İsrail polisinin mətbuat xidmətindən bildirilib ki, hücum edən adam qaçmaq istəyəndə ayağından vurularaq yaralanıb. İsrail polisinin mətbuat xidmətinin məlumatına görə, hücum edənin 23 yaşı var və o, fələstinlidir.Bundan başqa, gəncin "Həmas" terror qruplaşmasının üzvü olması haqqında da məlumat yayılıb.

Polislər hadisənin terror hücumu olduğunu deyib.









Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR