Bakı, 19 iyun, AZƏRTAC
ExpressPay ödəniş terminalları vasitəsilə “Bakcell” mobil operatorunun nömrələrinə minimum 3 AZN ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 dəqiqə pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə olunur.
Bankdan AZƏRTAC-a bildiriblər ki, danışıq dəqiqələri yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulub.
“Bakcell”in Klass və Gold abunəçilərinə isə SMS vasitəsilə aldıqları xüsusi kodu Cin kart abunəçilərinə verə bilərlər. Cin kart abunəçiləri bu kodu 5555 qısa nömrəsinə göndərməklə hədiyyə olunan dəqiqələri əldə edəcəklər. Qeyd edək ki, hədiyyə olunan dəqiqələr 3 gün ərzində istifadə olunmalıdır. Balansda olan hədiyyə dəqiqələrinin qalığını *777# “YES” əməliyyatı vasitəsi yoxlamaq olar.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.