x
Loading...

“Unibank” müştəriləri üçün “Şəxsi kabineti “ təkmilləşdirdi

“Unibank” müştəriləri üçün “Şəxsi kabineti “ təkmilləşdirdi
10:38 19 İyun 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 19 iyun, AZƏRTAC
“Unibank”ın ALBALI PLUS ( ALBALI) kartına sahib olan hər bir vətəndaş “Şəxsi kabinet”ə daxil olaraq, kartı ilə bağlı onu maraqlandıran suallara cavab tapa biləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, daha da təkmilləşdirilən vahid “Şəxsi kabinet” kart sahiblərinə müxtəlif xidmətlər təklif edir. Belə ki, müştərilər keçmiş ödənişləri və ödənilən məbləğlərin hesabdan necə silindiyini görmək üçün, gələcək taksit qrafiki və necə formalaşdığınının şahidi olmaq və şəxsi e-mail ünvanlarını daxil etmək və dəyişmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, ALBALI PLUS ( ALBALI) kart istifadəçiləri şəxsi kabinet vasitəsi ilə kart üzrə ödənişləri, minimal ödənilən məbləğ və ödəniş qrafikini, ümumi borcu, kartın və kreditin müddətini və bu kimi bir çox digər məlumatları öyrənə biləcəklər. Şəxsi kabinetə günün istənilən vaxtı albali.az və unibank.az saytı vasitəsi ilə daxil olmaq mümkundür. Bunun üçün ALBALI PLUS ( ALBALI) kartlarının son 8 rəqəmi və şəxsiyyət vəsiqənizin PİN kodu tələb olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_musterileri_uchun_Sexsi_kabineti__tekmillesdirdi-865186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR