Neftimiz bir az bahalaşdı

Neftimiz bir az bahalaşdı
12:01 19 İyun 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azeri Light neftinin qiyməti iyun ayının 19-a 64,57 ABŞ dolları/barrel təşkil edib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Azeri Light (CIF) ötən günə nisbətən 0,92% və ya 0,59 dollar bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.19 dollar azalaraq 60.26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 0,08 dollar azalaraq 64.18 dollar olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=351833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR