Ukrayna MOK-un prezidenti: "I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək"

Ukrayna MOK-un prezidenti: "I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək"
12:12 19 İyun 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək. Bu barədə Trend-ə Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Sergey Bubka deyib.

O bildirib ki, Bakıda bütün bu günlər ərzində möhtəşəm idman bayramına şahid oluruq: "Düşünürəm ki, Avropa Olimpiya Komitəsi bu Oyunların təşkil edilməsi və keçirilməsi ilə bağlı çox mühüm qərar qəbul etdi. Artıq çoxdandır Asiya, Panamerika Oyunları var. İndi Avropa qitəsi də öz oyunlarını keçirəcək".

S.Bubka həmçinin qeyd edib ki, Azərbaycan avropalı idmançılar üçün möhtəşəm imkanlar yaradıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR