Hüseyn Bağırov Zaqatalada vətəndaşları qəbul edib

12:12 19 İyun 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 12:11 ]


Zaqatala. Vüqar Heydərov - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Zaqatala şəhər 2 saylı orta məktəbdə keçirilən qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

 

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR