Peris Hilton eşqə düşüb - FOTO

Peris Hilton eşqə düşüb - FOTO
12:22 19 İyun 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur qlamur ulduzu, ABŞ-dakı "Hilton" otellər şəbəkəsinin varislərindən biri Peris Hiltonun yeni sevgilisi var.

Milli.Az TMZ-yə istinadən bildirir ki, hazırda İbisada dincələn 39 yaşlı Peris Hilton multimilyonçu, İsveçrənin Sürix şəhərində yaşayan Tomas Qrossla birlikdədir.
Peris istirahət zamanı çəkdirdiyi fotoları İnstagram-dakı profilində paylaşıb.
Ötən ay Peris Hiltonla sevgilisi İspaniyanın Formentera adasında birgə istirahətdə olublar.
Perisin rəfiqələrindən biri deyib: "O, arzuladığı kişini tapıb. Perisin dediyinə görə, Tomas alicənab insan, əsl centlmendir".
Perislə Tomas bu yaxınlarda Meksikanın Kabo San Lukas kurortuna yollanacaqlar.
Tomas Qross sahib olduğu "Perform Group" şirkətini 2013-cü ildə 100 milyon dollara satmışdı.
Onun 200 milyon dollarlıq varidatının olduğu deyilir.
 

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/351321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR