Ağdamın “Qarabağ” klubu Fransanın birinci liqasında mübarizə aparan futbolçunu heyətinə cəlb edib

Ağdamın “Qarabağ” klubu Fransanın birinci liqasında mübarizə aparan futbolçunu heyətinə cəlb edib
12:23 19 İyun 2015
112 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu yay transfer dövründə ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Qarabağ” Fransanın birinci liqasında mübarizə aparan “Lans”ın futbolçusu Alharbi El Jadeyaouinin keçidini həll edib. İyirmi doqquz yaşlı mərakeşli futbolçu yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən futbolçu Mərakeş millisini də çağırılıb.
“Qarabağ” ilə 2 illik müqavilə bağlayan futbolçu deyib ki, yeni komandam olduqca iddialı və ambisiyaları olan klubdur. Ötən mövsüm Avroliqada “Qarabağ”ın “Sent–Etyen” və “İnter”lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyirlər. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdır. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlimdən gələni edəcəyəm ki, komandama faydalı olum. Təbii ki, “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamin_Qarabag_klubu_Fransanin_birinci_liqasinda_mubarize_aparan_futbolchunu_heyetine_celb_edib-865217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR