"Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Yeni il şənliyi keçirilib (FOTO)

"Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Yeni il şənliyi keçirilib (FOTO)
19:38 25 Dekabr 2014
118 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün Bakı Olimpiya İdman Kompleksində "Ocaq Sport İdman Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlar üçün Yeni il şənliyi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə klubun yetirmələri olan 4 yaş yarımdan 11 yaşadək 70 gimnast qız iştirak edib.

Bayram tədbirində bədii gimnastika və aerobika üzrə nümunəvi çıxışlar təqdim olunub.

Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, AGF-nin baş katibi Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva, "Ocaq Sport İdman Klubu" İctimai Birliyinin direktoru Mehman Əliyev və başqaları iştirak ediblər.

Tədbirdən fotoreportajı təqdim edirik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR