"Bakı-2015": Oxatanlarımızdan biri 1/16 finala yüksəldi, digər ikisi mübarizəni dayandırdı (YENİLƏNİB)

I Avropa Oyunlarında kamandan oxatma yarışları davam edir.

Metbuat.az-ın xəbərinə görə, bu gün qadınların fərdi yarışlarında 1/32 final mərhələsi keçirilib. Azərbaycanı Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanova təmsil edib. Onlardan yalnız Senyuk növbəti mərhələyə yüksələ bilib.

Kamandan oxatma, qadınlar fərdi, 1/32 final

Simona Bancila (Rumıniya) - Olqa Senyuk - 5:6

Yaylagül Ramazanova - Xatuna Narimanidze - 4:6

Kristina Timofeyeva (Rusiya) - Nurlana Vəliyeva - 6:0

Qadınların fərdi yarışlarına iyunun 21-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR