İsveçrəli gimnast: "Bakıda hər şey Olimpiya Oyunları ilə eynidir"

İsveçrəli gimnast: "Bakıda hər şey Olimpiya Oyunları ilə eynidir"
11:27 19 İyun 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

"Birinci Avropa Oyunları mənim üçün çox gözəl təcrübə oldu. Bu, Olimpiya Oyunlarına çox bənzəyir. Deyərdim ki, hər şey Olimpiya Oyunları ilə eynidir".

Bunu Trend-ə isveçrəli gimnast Taha Serhani deyib.

O bildirib ki, Azərbaycan bu Oyunları çox yüksək səviyyədə təşkil edib, idmançılar üçün hər cür şərait yaradıb: "Avropa Oyunlarının açılışı isə çox möhtəşəm idi, böyük zövq aldım".

T.Serhani Azərbaycan gimnastları haqqında da danışıb. O bildirib ki, Azərbaycan gimnastları uğurlu çıxışlar edirlər: "Azərbaycan gimnastı Oleq Stepkonu və digərlərini çoxdan tanıyıram. Onlar yarışlarda uğurlu çıxışlar edirlər".

İsveçrəli idmançı yarışların keçirildiyi Milli Gimnastika Arenasının yüksək standartlara cavab verdiyini söyləyib: "Arenada gözəl atmosfer var, müasir qurğular quraşdırılıb, yarışmaq üçün çox rahatdır. Görürəm ki, Azərbaycanda insanlar gimnastikaya böyük maraq göstərirlər. Onların belə çoxlu sayda gəlib yarışları izləməsi və idmançıları alqışlaması bizi çox həvəsləndirir".

Azərbaycana birinci dəfə gəldiyini qeyd edən T.Serhani Azərbaycan iqlimindən böyük zövq aldığını deyib: "Azərbaycanı çox bəyəndim. Bakı müasir şəhərdir. Hələ ki vaxtımız olmayıb, amma sabah Bakını gəzməyə çıxacağıq. Burada insanlar çox mehriban və qonaqpərvərdirlər. Azərbaycana gəlməkdən böyük zövq aldım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR