Cəbhədə yenə döyüş: erməni kəşfiyyatçı məhv edildi

Cəbhədə yenə döyüş: erməni kəşfiyyatçı məhv edildi
13:05 21 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

Düşmənin cəbhədə təxribat törətmək cəhdinin qarşısı alınıb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur ediliblər.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR