Əmək yarmarkasında 43 nəfərə işlə təmin olunmaq üçün göndəriş verilib

12:48 19 İyun 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 19-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində əmək yarmarkası keçirilib.
Rayon məşğulluq mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada təqdim olunan boş iş yerləri barədə əvvəlcədən müəssisələrdən məlumatlar toplanılıb. Yarmarkada 39 müəssisə və təşkilat tərəfindən 247 boş iş yeri işaxtaran vətəndaşların seçiminə təqdim olunub.
Tədbirdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak ediblər.
Əmək yarmarkasında 43 nəfərə işlə təmin olunmaq üçün göndəriş verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_yarmarkasinda_43_nefere_isle_temin_olunmaq_uchun_gonderis_verilib-865234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR